DƏNİZ

“DLL” dəniz yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Dəniz yük daşımaları seqmenti sabit yüksək tələbatla seçilir. Bu seqmentdə tələbatlılıq və yüksək yük dövriyyəsi dəniz və çay nəqliyyatının təsir bağışlayan imkanları və nisbətən sadə daşıma prosesi ilə izah edilir. Məsələn, dəniz yük daşımalarının populyarlığı su nəqliyyatının yüksək yükgötürmə qabiliyyəti, aşağı maya dəyəri və buraxılış qabiliyyətinin minimum məhdudiyyətləri ilə şərtlənir. Uzaq məsafələrə yükün çatdırılması zamanı dəniz gəmilərindən istifadə daşıma xərclərini optimallaşdırmağa və pul vəsaitlərinə qənaət etməyə imkan verir. Konteyner daşımaları əlavə təhlükəsizlik zəmanətləri verir və kiçik ədədhesabı mallara xidmət göstərilməsini sadələşdirir. “DLL” dəniz nəqliyyatı ilə konteynerlərdə yük daşımaları təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan malın səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, dünyanın istənilən ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “DLL” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
Beynəlxalq dəniz yük daşımalarının həyata keçirilməsi üçün uyğunlaşdırılmış yük dəniz və çay gəmilərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olaraq, uyğunlaşdırılmıs su nəqliyyatını seçməkdə kömək edirlər: avtomobil daşınması üçün nəqliyyat, balkerlər, mal-qara daşınması üçün nəqliyyat, yükün lixterdə daşınması üçün gəmilər, gəmi-refrijeratorlar. Nəql edilən yüklərin xüsusiyyətləri xüsusi konteynerlərin seçimini şərtləndirir: müxtəlif kubaturalı ISO-konteynerlər; müxtəlif kateqoriyalı yüklərin daşınması üçün uyğunlaşdırılmış konteynerlər (ağırçəkili, əndazəsiz, tökmə, maye); maye halında yüklərn daşınması üçün çənlər (tank-konteynerlər); tezkorlanan malların daşınması üçün refrijerator konteynerlər; avtomobil və texnikanın daşınması üçün təchiz edilmiş konteynerlər, müxtəlif malların və təhlükəli yüklərin dənizlə daşınması.“DLL”-in mütəxəssisləri hava, dəniz, dəmir yol nəqliyyatı və avtomobillərdən istifadə etməklə monomodal və multimodal daşıma sxemlərini hazırlayırlar.
DENİZ  DAŞIMASININ İMKANLARI
  1. Müxtəlif həcmli standart konteynerlər
  2. Əndazəsiz (qabaritsiz) yüklərin daşınması üçün xüsusi konteynerlər
  3. Maye yüklərin nəqli üçün tank-konteynerlər
  4. Tökmə (aşırma) və qabsız yüklərin nəqli üçün konteynerlər
  5. Temperatur rejiminə riayət edilməsini tələb edən yüklərin nəqli üçün soyuducu konteynerlər
  6. Avtomobillərin daşınması üçün konteynerlər
  7. Kiçik partiyalı yüklər üçün nəzərdə tutulmuş konteynerlər
    Geniş xidmət spektrini təklif edirik
  1. Yüklərin “limandan qapıyadək”, “stansiyadan qapıyadək” və “qapıdan qapıyadək” çatdırılması
  2. Daşımanın hər mərhələsində bütün iştirakçıların işinin koordinasiyası
  3. Konteynerin hərəkətinə nəzarət
  4. Mal (əmtəə) müşayiət sənədlərin rəsmiləşdirilməsi
  5. Malın işlənməsi və yüklənməsi ilə bağlı bütün xidmət spektri
  6. Fraxtlaşdırma və agentlik servisi
Lazım gələrsə, işçilərimiz aviasiya, avtomobil, dəniz və dəmir yolu nəqliyyat vasitələrini istifadə edərək birləşdirilmiş nəqliyyat sxemlərini təşkil edir.
“DLL”, yük daşımaları xidmətlərini tənzimləyən yerli və beynəlxalq qaydalardakı dəyişiklikləri nəzərə alır, habelə müxtəlif növ malların saxlanması, emalı və daşınması üçün sanitariya standartlarına uyğunluğunu nəzarət edir.Kadrların təcrübəsi və ixtisasları sayəsində “DLL” limanlarda yükün tez və keyfiyyətli xidmət göstərilməsini təmin edir.