DƏMİR YOLU

 

“DLL” dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Bu seqment üçün bazardakı vəziyyətdən asılı olmayaraq, böyük tələbat və yüksək yük dövriyyəsi xarakterikdir. Sabitlik və bazarın təsir bağışlayan göstəriciləri dəmir yol nəqliyyatının universal imkanları ilə izah olunur. Yük qatarları öz yükgötürmə qabiliyyətləri sayəsində xeyli həcmdə yükləri daşımaq gücündədirlər, istənilən məsafələri tez qət edirlər və malı bütöv və salamat çatdırmağa imkan verirlər. “DLL” Avropa üzrə və onun hüdudları kənarına dəmir yolu yük daşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “DLL” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
Müasir dəmir yolu nəqliyyatının texniki təchizatı demək olar istənilən yükü daşımağa imkan verir
  • Ədədhesabı. Ədədhesabı yüklər örtülü vaqonlarda və konteynerlərdə daşınır. Yükləmə-boşaltma işləri əl ilə və ya xüsusi mexaniki vasitələrdən istifadə etməklə aparılır.
  • Əndazəsiz və ağırçəkili. Əndazəsiz və ağırçəkili yüklər açıq vaqonlarda, uyğunlaşdırılmış transportyorlarda və ya platformalarda daşınır. Yükləmə-boşaltma işləri xüsusi krandan istifadə etməklə aparılır.
  • Aşırma (tökmə) və maye. Aşırma (tökmə) və maye yüklər uyğunlaşdırılmış hərəkət tərkiblərində daşınır. Yükləmə-boşaltma işləri yığma və bərkitmə olmadan aparılır.
Daşıdığımız yüklərin növləri
  1. Üstü örtülü vaqonlarda və koteynerlərdə daşınan əl və ya mexaniki yükləməni tələb edən ədəd hesabı qablaşdırmada mal
  2. Üstü açıq vaqonlarda, yaxud paltformalar və transportyorlarda daşınan kranla yükləməni tələb edən ağırçəkili və əndazəsiz (qabaritsiz) yük
  3. Açıq vaqonlarda, yaxud xüsusi təyinatlı dəmir yol nəqliyyat vasitəsi ilə daşınan tökmə və qabsız yük
Təklif etdiyimiz dəmiryol yükdaşıma növləri
  1. Xüsusi təyinatlı vaqonlardan istifadə etməklə avtmobillərin və digər xüsusi yüklərin daşınması
  2. Soyutma qatarlarda termos-vaqonlar, izotermik vaqonlardan istifadə etməklə temperatur reijiminə əməl olunmasını tələb edən yüklərin daşınması
  3. Yüngül və həcmli yüklərin (120 m3-dən artıq) daşınması
  4. Sürət qatarlarından təşkil edilmiş qatarlarda daşımalar. Sürəti artırılmış “sərnişin sürəti” ilə böyük məsafəyə yüklərin çatdırılması
Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması üçün markalama, qablaşdırma, təhlükəsizlik nişanlarının vurulması məsələlərini tənzimləyən xüsusi qaydalara əməl olunmasını tələb edir. Təhükəli maddələr konkret maddənin aid olduğu təhlükə sinfindən asılı olaraq, uyğunlaşdırılmış konteynerlərdə daşınır. “DLL”-in  mütəxəssisləri bunun sayəsində hər bir konkret yükün xassələrini nəzərə almaqla təhlükəsiz və vaxtında daşımanı təmin edirlər.