Havayolu

“DLL” beynəlxalq hava yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Son illər sərnişin daşımaları seqmentində tələbat azaldığı halda, yük daşımaların həcmi sabit şəkildə artır. Yüklərin hava nəqliyyatı ilə daşınmasına istənilən bazar şəraitində tələbat var, çünki hava nəqliyyatı yükləri istənilən məsafəyə operativ çatdırmağa, yükün təhlükəsizliyinə zəmanət verməyə və itki, korlanma və ya oğurlanma risklərini azaltmağa imkan verir. “DLL” yük aviadaşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və yükün hava yolu ilə daşınmasının dəyərinin hesablanmasını həyata keçirirlər. “DLL” marşrutun məsafəsindən və xüsusiyyətlərindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq hava yolları ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
Müasir hava gəmilərinin texniki təchizatı göyərtədə demək olar istənilən yükü daşımağa imkan verir. Bəzi kateqoriyalı malların çatdırılması təhlükəsizlik qaydalarına əməl etməklə həyata keçirilir. Bu qaydalara əməl edilməməsi nəqliyyat vasitəsinin, digər yüklərin zərər görməsinə gətirib çıxarır, təyyarənin heyət üzvünün həyat və sağlamlığını təhlükə altına qoyur. Təhlükəli yüklərin hava yolu ilə daşınması çoxsaylı beynəlxalq və daxili hüquqi aktlarla tənzimlənib. Həmin aktlar yükləri təhlükə mənbəyindən asılı olaraq təsnif edir və qablaşdırma, markalama, bərkitmə daxil olmaqla, nəqletmə qaydalarını müəyyənləşdirir. Müvafiq qaydalara əməl edilməsi tezkorlanan yükləri, iriqabaritli və ağırçəkili əşyaları, kimyəvi maddələri hava nəqliyyatı ilə hadisə yaşanmadan daşımağa imkan verir. Bəzi kimyəvi preparatların və maddələrin hava yolu ilə daşınmasına icazə verilmir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bir sıra zəhərli, partlayıcı və korroziya materialların yük təyyarələrinin göyərtəsinə almağı qadağan edir. “DLL” yüklərin aviadaşınması üzrə  beynəlxalq tənzimləmədəki dəyişikliklərin monitorinqini həyata keçirir. Mütəxəssislərimiz bunun sayəsində hər bir konkret yükün xassələrini nəzərə almaqla təhlükəsiz və vaxtında daşımanı təmin edirlər.
Avia yüklərin çatdırılması
  1. Yükün göndərəndən uçuş aeroportuna daşınması.
  2. Müntəzəm və çarter aviareyslərində aviadaşımaların təşkili.
  3. Uçuş və eniş aeroportlarında təmsilçilik xidmətləri.
  4. Uyğunlaşdırılmış anbarlarda yükün saxlanılması və xidmət göstərilməsi.
  5. Zəruri müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi.
  6. Daşımanın bütün mərhələlərində yükün vəziyyətinə və olduğu yerə nəzarət.
  7. Yükün eniş aeroportundan alıcıyadək çatdırılması.
“DLL” personalının təcrübəsi və ixtisasları sayəsində aviasiya komponentlərinin daşınması hava daşımalarının ümumi həcmindən yarıdan çoxdur.
Müasir hava gəmilərinin texniki təchizatı göyərtədə demək olar istənilən yükü daşımağa imkan verir. Bəzi kateqoriyalı malların çatdırılması təhlükəsizlik qaydalarına əməl etməklə həyata keçirilir. Bu qaydalara əməl edilməməsi nəqliyyat vasitəsinin, digər yüklərin zərər görməsinə gətirib çıxarır, təyyarənin heyət üzvünün həyat və sağlamlığını təhlükə altına qoyur. Təhlükəli yüklərin hava yolu ilə daşınması çoxsaylı beynəlxalq və daxili hüquqi aktlarla tənzimlənib. Həmin aktlar yükləri təhlükə mənbəyindən asılı olaraq təsnif edir və qablaşdırma, markalama, bərkitmə daxil olmaqla, nəqletmə qaydalarını müəyyənləşdirir. Müvafiq qaydalara əməl edilməsi tezkorlanan yükləri, iriqabaritli və ağırçəkili əşyaları, kimyəvi maddələri hava nəqliyyatı ilə hadisə yaşanmadan daşımağa imkan verir. Bəzi kimyəvi preparatların və maddələrin hava yolu ilə daşınmasına icazə verilmir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bir sıra zəhərli, partlayıcı və korroziya materialların yük təyyarələrinin göyərtəsinə almağı qadağan edir.“DLL” yüklərin aviadaşınması üzrə  beynəlxalq tənzimləmədəki dəyişikliklərin monitorinqini həyata keçirir. Mütəxəssislərimiz bunun sayəsində hər bir konkret yükün xassələrini nəzərə almaqla təhlükəsiz və vaxtında daşımanı təmin edirlər.