MULTİMODAL

“DLL” multimodal yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Multimodal (kombinə edilmiş, qarışıq) nəql monomodaldan fərqli olaraq iki və ya daha çox nəqliyyat növündən istifadəni nəzərdə tutur: avtomobil, hava, su və dəmir yolu. Kombinə edilmiş sxemlərdən istifadə çevik və münasib marşrut tərtib etməyə, nəqliyyat xərclərini azaltmağa, coğrafi cəhətdən uzaq məsafədə yerləşən göndərmə və gəlmə məntəqələrini “birləşdirməyə” və yüsksək sürətli çatdırılmanı təmin etməyə imkan verir. Qarışıq daşımaya görə məsuliyyəti bir şəxs daşıyır – müqavilə əsasında hərəkət edən qarışıq daşımanın operatoru. Bu cür əməkdaşlıq forması yükü göndərənin üzərinə düşən bürokratik yükü azaldır. “DLL” multimodal yük daşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “DLL” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
Multimodal yük daşımaları bir neçə nəqliyyat növünün yaxşı cəhətlərini birləşdirir. Kombinə edilmiş daşımaya qarşı tətbiq edilir:
  • Ağırçəkili yüklər;
  • Əndazəsiz və ən qabaritli yüklər;
  • Həcmli yüngülçəkili əşyalar;
  • Tökmə (aşırma) və maye halında mallar;
  • Ədədhesabı qablaşdırmada mallar;
  • Yığma və komplekt yüklər;
  • Təhlükəli maddələr; o cümlədən ADR təsnifatı üzrə birinci sinif təhlükəli maddələr.
“DLL”in kompleks xidmətlərinə daxildir:
  1. Yükün “qapıdan qapıyadək” çatdırılması
  2. Nəqliyyat prosesinin bütün iştirakçılarının hərəkətlərinin koordinasiyası
  3. Daşımanın marşrutuna və çatdırılma müddətinə nəzarət
  4. Yükvurma və yükboşaltma işlərinin idarə edilməsi
  5. Zəruri mal (əmtəə) müşayiət sənədləri paketinin rəsmiləşdirilməsi
  6. Malların limanlarda işlənməsi və yüklənməsi üzrə xidmətlər
Yuxarıda sadalanan hər bir kateqoriya öz səciyyəvi xüsusiyyətlərilə fərqlənirlər və xüsusi rəftar tələb edirlər. Yükün konkret növü ilə iş qaydası milli və beynəlxalq səviyyədə təsbit edilib. Onlar malın xassələrindən asılı olaraq, daşımanın xüsusi qaydalarını müəyyənləşdirir. Məsələn, tezkorlanan malları, maye və əndazəsiz yükləri standart konteynerdə daşımaq olmaz. Belə yüklərin multimodal konteyner daşımaları (FCL) üçün xüsusi taradan və uyğunlaşdırılmış konteynerlərdən (refrijeratorlar, çənlər, “open top” açıq konteynerlər). Kiçik kabaturalı yüngülçəkili yüklərin kombinə edilmiş çatdırılması yığma daşımalar (LCL) çərçivəsində həyata keçirilir. Əndazəsiz və təhlükəli yüklərin multimodal daşımaları xüsusi icazələr əsasında həyata keçirilir və çoxsaylı hüquqi aktlarla tənzimlənir. “DLL” bütün növ yük daşımaları üzrə  beynəlxalq tənzimləmədəki dəyişikliklərin monitorinqini həyata keçirir. Mütəxəssislərimiz bunun sayəsində hər bir konkret yükün xassələrini nəzərə almaqla təhlükəsiz və vaxtında daşımanı təmin edirlər.